"Gərginliyin artmasının qarşısını amalıyıq" - Ərdoğan

"Gərginliyin artmasının qarşısını amalıyıq" - Ərdoğan Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

News24.az xəbər verir ki, bunu Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin Qara dənizə də yayıldığını qeyd edib? "Qara dənizdə mülki gəmilərə qarşı hücumların və gərginliyin artırılmasına yönələn cəhdlərin qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesdə irəliləyişə nail olmağı hədəfləyirik".