Gigi Hadid və Bredli Kuperin gizli toy xəbəri yayıldı
Dünya
Dünyaca məşhur model Gigi Hadid və aktyor Bredli Kuper Parisdə üzük taxaraq görüntülənib.
News24.az xəbər verir ki, cütlük oktyabrın 2-də Parisdə restorandan çıxarkən paparatsilərin obyektivinə tuş gəlib.
Onların sol əllərində qızıl üzüklərin olması gizli toy şayiələrini yenidən gündəmə gətirib. Hadid və Kuper isə bu iddialara münasibət bildirməyiblər.
Şayiələr ilk dəfə cütlüyün avqust ayında Parisdə üzük taxaraq görüntülənməsindən sonra yayılıb.
Gigi Hadid daha əvvəl “Vogue” jurnalına müsahibəsində Bredli Kuperlə münasibətlərində dürüstlüyün əsas üstünlüklərdən biri olduğunu bildirib.