Gimnastika məşqçisinə 90 il həbs cəzası - Azyaşlıları gizli çəkib

Gimnastika məşqçisinə 90 il həbs cəzası - Azyaşlıları gizli çəkib Dünya

ABŞ-də sabiq məşqçisi idman zalının sanitaq qovşağında azyaşlı şagirdlərini gizli kameraya çəkdiyinə görə 90 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, 39 yaşlı Şon Qardner Missisipi ştatının Pervis şəhərində gimnastika studiyasında məşqçi işləyib və sanitar qovşaqda gizli kamera quraşdırıb.

O, 2017-ci ilin dekabrından 2018-ci ilin aprelinədək azyaşlı qızları paltarlarını dəyişərkən və tualetdən istifadə edərkən gizli şəkildə lentə alıb.

Araşdırma ABŞ İdmanda Təhlükəsizlik Mərkəzinə daxil olan müraciətlərdən sonra başlayıb.

Onun evində aparılan axtarış zamanı elektron cihazlar, təxminən 50 video və 400 fotoşəkil aşkarlanıb.

Materiallarda azyaşlıların, o cümlədən 12 yaşından kiçik uşaqların görüntüləri olub.

Görüntülərin bir hissəsi Missisipidəki idman klubunun tualetində çəkilib.

Qardner 2025-ci ilin avqustunda həbs edilib. O, 2026-cı ilin mayında uşaqların cinsi istismarını əks etdirən materialların hazırlanması ilə bağlı üç ittiham üzrə təqsirini etiraf edib.

Məhkəmə hər ittiham üzrə maksimum 30 il həbs cəzası təyin edib.

Bundan əlavə, onun azadlığa çıxdıqdan sonra ömürlük nəzarətdə saxlanılması qərara alınıb və zərərçəkənlərə kompensasiya ödəməsi tələb olunub.