“Gizli xəyanət edən açıq ifşa olunacaq”
Dünya
İsrailin baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfər etdiyi barədə yayılan xəbərlərdən sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
News24.az xəbər verir ki, Bəqayi “X” hesabında ərəb dilində qısa mesaj paylaşıb.
“Gizli şəkildə xəyanət edən açıq şəkildə ifşa olunacaq”, - deyə, Bəqayi yazıb.
Qeyd edək ki, İran mediası daha əvvəl müharibə zamanı Netanyahunun gizli şəkildə BƏƏ-yə səfər etdiyi və ölkə prezidenti Məhəmməd bin Zayed ilə görüşdüyü ilə bağlı məlumat yayıb.
BƏƏ tərəfi isə bu məlumatı rəsmi şəkildə təkzib edib. /Azad İran/