Gəmi qəzaya uğradı, 250 nəfər itkin düşdü – Bu ölkədə

Gəmi qəzaya uğradı, 250 nəfər itkin düşdü – Bu ölkədə Dünya

Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb.

News24.az xəbər verir ki, məlumata görə, qəzaya uğrayan gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub.

Gəmi Teknaf bölgəsindən Malayziyaya yola düşüb və ehtimala görə, həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. (APA)