Günəş “yay yuxusuna gedir” - Alimlər açıqladı

Günəş “yay yuxusuna gedir” - Alimlər açıqladı Dünya

Günəş aktivliyi “yay yuxusuna gedir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyasının alimləri “Telegram” kanalında məlumat veriblər.

“Günəş aktivliyi göz önündə ənənəvi yay durğunluğu dövrünə keçir. Bu dəfə sözügedən prosesə Günəş dövrünün ümumi eniş mərhələsi də əlavə olunur. Ulduz kifayət qədər sakitdir, müşahidə etmək üçün maraqlı hadisələr demək olar ki, yoxdur”, - deyə məlumatda qeyd olunub.

Alimlərin sözlərinə görə, Günəşdə fəaliyyət göstərən yeganə ləkələr qrupu olan 4465-in enerjisi tükəndikdən sonra Günəş aktivliyi faktiki olaraq sıfıra enəcək.

Yaxın bir ay ərzində yüksək geomaqnit aktivliyi də gözlənilmir.

Proqnoza əsasən, qarşıdakı 30 günün hamısı “yaşıl günlər”, yəni sakit geomaqnit şəraiti ilə xarakterizə olunacaq.