Göbələk yığmaq istədilər, ayıya yem oldular - FOTO

Göbələk yığmaq istədilər, ayıya yem oldular - FOTO Dünya

Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində iki qadın ölüb.

News24.az xəbər verir ki, 1953 və 1959-cu il təvəllüdlü qadınlar Yenisey rayonunun Podtesovo qəsəbəsi yaxınlığında göbələk toplamaq üçün meşəyə gediblər. Lakin geri qayıtmayıblar.

Axtarış-xilasetmə işləri zamanı vəhşi heyvan hücumunun izləri olan insan meyitləri aşkarlanıb.

Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün ərazidə istintaq orqanları işləyir.

Bölgənin İstintaq Komitəsi göbələk toplayan qadınlara ayının hücumu ilə bağlı araşdırmaya başlayıb.

Göbələk yığmaq istədilər, ayıya yem oldular - FOTO