"Google" bizi izləyir? – Şirkətə qarşı ittiham

"Google" bizi izləyir? – Şirkətə qarşı ittiham Dünya

“Google” şirkəti “Gemini” adlı süni intellekt aləti vasitəsilə istifadəçiləri gizlicə izləməkdə ittiham olunur.

News24.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, şirkətə qarşı Kaliforniya federal məhkəməsində iddia qaldırılıb.

İddiada bildirilir ki, “Google” qanunsuz şəkildə istifadəçilərin məlumatlarını, o cümlədən “Gmail” və “Google Chat” yazışmalarını, həmçinin “Google Meet” konfranslarındakı məlumatları toplayıb.

Qeyd olunur ki, şirkət əvvəlcə bu “AI” alətini istifadəçilərin istəyinə əsasən aktivləşdirməyə icazə verib, lakin “Alphabet Inc.” (“Google”un ana şirkəti) oktyabr ayında “Gemini”ni bütün tətbiqlərdə gizlicə aktivləşdirib və istifadəçilərin razılığı olmadan onların şəxsi məlumatlarını toplamağa başlayıb.

İddia müəlliflərinin sözlərinə görə, əgər istifadəçi məxfilik parametrlərində “AI” köməkçisini söndürməzsə, “Google” “Gemini” vasitəsilə şəxsi mesajların, məktubların və əlavə faylların hamısına çıxış əldə edə bilər.