"Google"-dan süni intellekt dünyasını dəyişəcək yenilik
Dünya
“Google” şirkəti saniyənin cəmi bir neçə hissəsində qərar qəbul edə bilən “Gemini Decision 1” adlı süni intellekt modelini təqdim edib.
News24.az xəbər verir ki, yeni model adi süni intellekt sistemlərindən fərqli olaraq uzun mətnli cavablar vermir, əvvəlcədən müəyyən edilmiş variantları qiymətləndirərək ən uyğun qərarı seçir.
O, sorğunun qaydalara uyğun olub-olmadığını yoxlaya, hansı alətdən istifadə edilməli olduğunu müəyyənləşdirə və tapşırığı uyğun modelə yönləndirə bilir.
“Google”un məlumatına görə, modelin qərarvermə prosesi 150–250 millisaniyə çəkir. Sistem eyni sorğu çərçivəsində 255-ə qədər variant arasından seçim edə və 256 min tokenlik məlumat kontekstini nəzərə ala bilir.
Şirkət bildirib ki, yeni texnologiya “Gemini Notebook”, “Google Stitch” və digər xidmətlərdə istifadə olunur.
Model süni intellekt agentlərinin işini sürətləndirmək, məlumatları yoxlamaq və təhlükəli əməliyyatların qarşısını almaq üçün də nəzərdə tutulub.
“Gemini Decisions API” artıq “Google AI Studio” vasitəsilə tərtibatçılar üçün əlçatandır.