"Google"un borcu 20 rəqəmli məbləğə çata bilər

"Google"un borcu 20 rəqəmli məbləğə çata bilər Dünya

Rusiyada müflis elan edilən "Google MMC"nin ümumi borcunun 91,5 kvintilyon rubldan çox ola biləcəyi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə şirkətin müflisləşmə üzrə idarəedicisi Valeri Talyarovski məlumat verib. Onun sözlərinə görə, məbləğə həm qeydə alınmış, həm də cari borclar daxildir.

Məlumata görə, məsuliyyət "Google"un ABŞ və İrlandiyadakı strukturlarına, eləcə də Rusiyadakı bölməsinin sabiq rəhbərlərinə şamil oluna bilər.

İş üzrə növbəti məhkəmə iclası oktyabr ayına təyin edilib.