Gözlənilməz addım: Avropalı deyilsənsə, daha çox ödəməlisən
Dünya
Dünyaca məşhur Luvr Muzeyi Avropa ölkələrindən olmayan turistlər üçün giriş haqqını 45 faiz artırıb.
News24.az xəbər verir ki, bu qərar 19 oktyabrda muzeydə baş vermiş böyük oğurluqdan sonra təhlükəsizlik və infrastrukturun gücləndirilməsi məqsədilə qəbul edilib.
Yeni tarifə görə, 2026-cı ildə yanvarın 14-dən etibarən Avropa İqtisadi Zonası (Aİ, İslandiya, Norveç və Lixtenşteyn) xaricindən gələn fərdi turistlər muzeyə giriş üçün 32 avro ödəyəcək. Avropalı olmayan turist qrupları isə 28 avro ödəyəcək. Muzey rəhbərliyi hər il giriş biletlərinə əlavə olaraq 10–20 avro arasında artım planlaşdırdığını bildirib.
Xatırladaq ki, 19 oktyabrda baş vermiş oğurluq zamanı 4 nəfər yük maşınının lifti vasitəsilə muzeyə daxil olaraq Apollon Qalereyasından 88 milyon avro dəyərində 9 ədəd kral zinyəti oğurlamışdı. Cinayətkarlar hadisə yerindən motosikletlə qaçarkən İmperatoriça Eugeniyə aid tacı yerə salmış və tac zədələnmiş vəziyyətdə tapılmışdı. Hadisədən sonra muzey müvəqqəti bağlanmış, yoxlamalardan sonra isə 3 gün sonra yenidən açılmışdı.