Güclü zəlzələ oldu - Bu ölkədə

Güclü zəlzələ oldu - Bu ölkədə Dünya

ABŞ-nin Alyaska ştatı sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi 350 nəfərdən az olan Adak adasından təxminən 47 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 kilometr dərinlikdə olub.