Günəşdə dəlik açıldı - Nə baş verib?
Dünya
Günəşdə 2026-cı ildə müşahidə edilən ən böyük tac dəliklərindən biri aşkar edilib. Onun eni təxminən bir milyon kilometrə çatır.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.
Alimlərin sözlərinə görə, vizual olaraq tac dəliyi Günəşin səthində nəhəng və dərin bir boşluq təsiri bağışlayır. Lakin bu, yalnız görüntü illüziyasıdır. Belə bölgələrdə Günəş atmosferinin temperaturu və plazma sıxlığı kəskin şəkildə azalır. Nəticədə həmin ərazilər daha az parlayır və Günəşin səthində qaranlıq sahə kimi görünür.
Mütəxəssislər bildirirlər ki, tac dəlikləri Günəşdən gələn istilik və işıq axınına ciddi təsir göstərməsə də, kosmik hava şəraitində mühüm rol oynayır.