Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu Dünya

Tətbiqi Geofizika İnstitutunun (IFG) alimlərinin məlumatına görə, oktyabrın 5-də gecə saatlarında Günəşdə M1.1 sinifli güclü partlayış baş verib.

News24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:48-də 4545 saylı günəş ləkələri qrupunun rentgen şüalanmasında 30 dəqiqə davam edən alovlanma qeydə alınıb.

Bildirilib ki, bu gücdə sonuncu analoji partlayış təxminən bir ay əvvəl müşahidə olunub.

Alimlərin sözlərinə görə, belə alovlanmalar Yerə çata bilən plazma atılmaları ilə müşayiət oluna və nəticədə maqnit fırtınalarına səbəb ola bilər. Hazırda son partlayışın Yer üçün mümkün təsirləri dəqiqləşdirilməyib.