Günəşin aktivliyi son iki ildə üç dəfə azalıb

Günəşin aktivliyi son iki ildə üç dəfə azalıb Dünya

Rusiya Elmlər Akademiyasının alimləri son iki ildə Günəş aktivliyinin təxminən üç dəfə azaldığını müəyyən ediblər.

News24.az-ın məlumatına görə, Günəş aktivliyi 2024-cü ilin avqustunda 216 vahid olduğu halda, 2026-cı ilin avqustunda 76 vahidə düşüb.

Alimlər bildiriblər ki, Günəş aktivliyi 1749-cu ildən etibarən planetin səthindəki ləkələrinin sayına əsasən hesablanır. Bu göstərici müxtəlif dövrlərdə aktivliyi müqayisə etmək üçün istifadə olunur.

Qeyd edək ki, sentyabrın 8-də Yer kürəsində ilk payız maqnit fırtınası da qeydə alınıb.