Gürcüstan 112 əcnəbini deportasiya etdi - Azərbaycanlı da var
Dünya
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 112 əcnəbini ölkədən deportasiya ediblər.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölkədən Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrin vətəndaşları çıxarılıb.
Deportasiya olunan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.