Gürcüstan 91 əcnəbini deportasiya etdi
Dünya
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası (1TV) məlumat yayıb.
Bildirilib ki, Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq hüquq-mühafizə bölmələri ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər həyata keçiriblər.
Nəticədə Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tailand, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin, İraq və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya ediliblər.
Mövcud qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən indiyədək Gürcüstandan 3 700-dən çox əcnəbi deportasiya edilib.