Gürcüstan azərbaycanlıları deportasiya etdi
Dünya
Gürcüstanda 25 xarici ölkə vətəndaşının qanuni əsas olmadan yaşadığı müəyyən edilib.
News24.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Azərbaycan, Misir, Türkiyə, Hindistan, İordaniya, İran, Nigeriya, Pakistan, Rusiya, Ermənistan və Çin vətəndaşları olan həmin əcnəbilər Gürcüstandan çıxarılıb. Yerli qanunvericiliyə əsasən, onların Gürcüstana girişi qadağan edilib.
Qeyd edək ki, Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Qonşu ölkədən bu ilin birinci yarısında 525 xarici ölkə vətəndaşı deportasiya olunub.