Gürcüstan prezidentinin administrasiyasına rəhbər təyin edilib
Dünya
Gürcüstan prezidenti Mixail Kavelaşvili hüquqşünas Ketevan Kvinikadzeni administrasiyasının rəhbəri təyin edib.
News24.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Kvinikadze əvvəllər Gürcüstan parlamentinin aparat rəhbəri vəzifəsində çalışıb.
Kvinikadze 1980-ci ildə Tbilisidə anadan olub. 1997-2002-ci illərdə David Aqmaşenebeli adına Gürcüstan Universitetinin hüquq fakültəsində təhsil alıb. 2009-cu ildə Tbilisi Siyasi Biliklər Məktəbini bitirib.
Bu illər ərzində Kvinikadze Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin administrasiyasının rəhbəri, Ali Ədliyyə Məktəbinin direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən bu günə kimi o, Gürcüstan parlamentinin aparat rəhbəri olub.
Aynurə