Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu Dünya

Gürcüstanda zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 07:35-də Oni bələdiyyəsində, Oni şəhərindən 9 kilometr cənub-şərqdə, İrişi kəndi yaxınlığında 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Hazırda zəlzələnin fəsadları barədə hər hansı rəsmi məlumat açıqlanmayıb. /Xeber.ge/