Gürcüstanda ailə faciaəsi - Ana 7 yaşlı övladını öldürdü

Gürcüstanda ailə faciaəsi - Ana 7 yaşlı övladını öldürdü Dünya

Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində ailə faciəsi baş verib.

News24.az xəbər verir ki, 42 yaşlı ana 7 yaşlı oğlunu ürəyindən bıçaqlayaraq öldürüb.

Hadisəni törətdikdən təxminən 2-3 saat sonra qadın özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Məlumata əsasən, qadın özünə bıçaqla 9 zərbə vurub.

O, xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir.

Yerli mənbələrin bildirdiyinə görə, qadının psixoloji problemlərinin olduğu iddia edilir. /24News.ge/