Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış - TƏXİRƏ SALINDI

Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış - TƏXİRƏ SALINDI Dünya
Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi xidmətə yaz çağırışının vaxtı aprelin 13-ə təxirə salınıb.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.