Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verdi
Dünya
Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi baş verib.
News24.az xəbər verir ki, paytaxt Tbilisi də daxil olmaqla, ölkənin bir neçə şəhərində işıqlar kəsilib.
Xatırladaq ki, iyulun 25-də də Gürcüstanda eyni hadisə yaşanıb. O zaman kütləvi kəsintiyə səbəb kimi 500 kilovoltluq "İmereti" elektrik ötürücü xəttində qəzanın baş verməsi göstərilib.