Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 80 nəfər həbs edildi

Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 80 nəfər həbs edildi Dünya

Son 24 saat ərzində Gürcüstanda "oğru dünyası" ilə əlaqəsi olan 80 nəfər həbs edilib.

News24.az xəbər verir ki, bu barədə "Georgia Online" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hazırda xaricdə yaşayan "qanuni oğru" da daxil olmaqla, iş üzrə daha 14 nəfərə qarşı ittiham irəli sürülüb.

Tbilisidə və ölkənin bölgələrində Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi İdarəsinin və Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi genişmiqyaslı polis əməliyyatı keçirilib.

İstintaqın məlumatına görə, qondarma "qanuni oğru" Georgi Qoqoladzenin ətrafının üzvləri onun adından və himayəsi altında hərəkət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları iddia edirlər ki, onlar mütəmadi olaraq qondarma "oğru toqquşmaları" təşkil ediblər və bu toqquşmalar zamanı maliyyə mübahisələrini cinayətkar ənənələrə uyğun olaraq həll ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər fərdlər arasında mübahisələri həll edib və bir tərəfdən digərinə və ya onlara müəyyən məbləğdə pul ödəməsini tələb ediblər. İstintaqa görə, bu tələblər yerinə yetirilmədikdə şübhəlilər fiziki zorakılıq və hətta qətllə hədələniblər.