Gürcüstandakı zəlzələ Ermənistanda da hiss edildi

Gürcüstandakı zəlzələ Ermənistanda da hiss edildi Dünya

Gürcüstanda zəlzələ baş verib.

News24.az xəbər verir ki, sentyabrın 3-də yerli vaxtla saat 03:28-də Gürcüstanın Dmanisi şəhərindən 19 kilometr şimal-qərbdə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 4 bal olub.

Təkanlar Ermənistanın Şirak vilayətinin Bavra, Saragyux, Tavşut və Sizavet kəndlərində, həmçinin Lori vilayətinin Paxaxbyur, Dzyunaşox, Sarçapet və Metsavan kəndlərində 2-3 bal gücündə hiss edilib.