Gürcüstandan qalxan təyyarə təcili eniş etdi

Gürcüstandan qalxan təyyarə təcili eniş etdi Dünya

Gürcüstanın Batumi şəhərindən havaya qalxan şəxsi təyyarə Türkiyənin Rizə sahillərinə təcili eniş edib.

News24.az xəbər verir ki, Batumidən qalxaraq Ordu-Giresun Hava Limanına uçan təyyarənin mühərrikində texniki nasazlıq yaranıb. Pilot bu səbəbdən təyyarəni Pazar sahillərində dənizə endirib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi qrupları göndərilib. Xilasedicilər təyyarədə olan iki nəfəri sağ çıxarıblar.