Hailey Bieber körpəsini paylaşdı
Dünya
Əri kimi oğlunun üzünü gizlətməyə üstünlük verən Heyli Biber yeni paylaşım edib.
News24.az xəbər verir ki, dünyaca məşhur müğənni Castin Biber və model və iş qadını Heyli Biber ilk dəfə valideyn olma həyəcanını yaşayıb.
Məşhur cütlüyün körpəsi bir neçə ay əvvəl dünyaya gəlib.
Oğlunu qucağına alaraq ilk dəfə analıq duyğusunu dadan Heyli Biber bu yaxınlarda sosial media hesabında oğlu ilə fotosunu paylaşıb.
Foto qısa zamanda böyük marağa səbəb olub, istifadəçilər "Onun başı atasına oxşayır" şərhini yazıb .
Səma