Hakan Fidan Bakıya gəlir

Hakan Fidan Bakıya gəlir Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, 15-16 sentyabr tarixlərində baş tutacaq səfər zamanı türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zakir Həsənovla görüş keçirəcək.

Bununla yanaşı, Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də gözlənilir.