Hakan Fidan BMT-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Mariya Angela Olgini qəbul edib.
News24.az xəbər verir ki, görüşdə BMT Baş katibi Antonio Quterreşin Kiprə planlaşdırılan səfəri ərəfəsində adadakı son vəziyyət və Kipr məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Hakan Fidan bildirib ki, Türkiyə Kipr probleminin ən real həll yolunu adada iki dövlətin yanaşı mövcudluğunda görür. O, Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusunun tanınmadığı yanaşmaların həll prosesinə töhfə verməyəcəyini vurğulayıb.