Hakan Fidan Finlandiyaya səfər edəcək
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyaya rəsmi səfər edəcək.
News24.az xəbər verir ki, səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər bu gün başlayacaq və sabah davam edəcək. Hakan Fidanın həmçinin Finlandiya parlamentinin sədri Jussi Halla-aho ilə görüşməsi planlaşdırılır.
Proqram çərçivəsində nazirin Finlandiyadakı tatar icmasının nümayəndələri ilə də görüşü nəzərdə tutulur.
Qeyd edək ki, Hakan Fidan və Elina Valtonen ilə sonuncu dəfə may ayında Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində görüşüblər