Hakerlər kriptovalyuta birjasından 351 milyon dollar oğurladılar

Hakerlər kriptovalyuta birjasından 351 milyon dollar oğurladılar Dünya

Hakerlər böyük kriptovalyuta birjası “Bitget”in isti cüzdanlarından təxminən 351,6 milyon dollar oğurlayıblar.

News24.az xəbər verir ki, bunu “Bitget”in baş direktoru Qreysi Çen açıqlayıb.

Onun sözlərinə görə, sentyabrın 24-də platformanın təhlükəsizlik sistemi cüzdanlardan şübhəli köçürmələr aşkarlayıb. Hücumçular oğurladıqları aktivləri Ethereum kriptovalyutasına çeviriblər.

Məlumata görə, internetə qoşulmayan soyuq cüzdanlardakı vəsaitlərə toxunulmayıb.

Hücumdan sonra “Bitget” təhlükəsizlik tədbiri olaraq pul çıxarılmasını müvəqqəti dayandırıb. Çen istifadəçilərin itkilərinin 464 milyon dollardan çox vəsaitin olduğu xüsusi fond hesabına qarşılanacağını bildirib.