Hakerlər supermarketlərdə soyuduculara hücum etdi

Hakerlər supermarketlərdə soyuduculara hücum etdi Dünya

Fransada hakerlər supermarketlərdə Danfoss şirkətinin soyuducularını idarə edən sistemi sındıraraq temperaturu müsbət 50 dərəcəyədək qaldırıblar.

News24.az xəbər verir ki, oktyabrın 12-də baş verən kiberhücum “Les Mousquetaires” qrupuna daxil olan “Intermarché” və “Netto” şəbəkələrinin 300 mağazasını əhatə edib.

Nəticədə məhsullar xarab olub.

Qrupun prezidenti Tyerri Kotiyar hadisəni fəlakət adlandırıb və belə genişmiqyaslı hücumla əvvəllər qarşılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, mağaza əməkdaşları xarab olan məhsulları soyuduculardan çıxarmaq üçün bütün günü çalışıblar.

İlkin hesablamalara əsasən, ölkə üzrə dəyən zərər on milyonlarla avro təşkil edə bilər.

Paris prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.