Hakimiyyətə gəlsə, azərbaycanlıların Ermənistanda ev almasını qadağan edəcək
Dünya
“Güclü Ermənistan” Partiyasından Ermənistanın baş naziri postuna namizəd Samvel Karapetyan seçkilərdə qələbədən sonra hökumətin ilk iclasında Azərbaycan vətəndaşları ilə bağlı qanun qəbul edəcəyini bildirib.
News24.az xəbər verir ki, Karapetyanın qəbul edəcəyi qanun azərbaycanlıların Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edilməsi ilə bağlıdır.
Layihəyə əsasən, Azərbaycan vətəndaşlığı olan heç bir nəfər - fiziki və ya hüquqi şəxs Ermənistanda daşınmaz əmlak ala bilməz. Onun sözlərinə görə, torpaq qanunvericiliyində buna bənzər müddəa var.
Karapetyan bildirib ki, qanun hakimiyyətə gəldikdən sonra bir həftə ərzində qəbul ediləcək. /News.am/