Hantavirus bütün dünyaya yayıla bilər

Hantavirus bütün dünyaya yayıla bilər Dünya

“MV Hondius” kruiz gəmisində yoluxma hallarına səbəb olan “Andes” hantavirusu dünyaya yayıla bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı virusoloq Sergey Netesov bildirib.

“Hantavirus ağciyər sindromuna səbəb olan viruslar, təəssüf ki, artıq nadir rast gəlinən infeksiyalar olmaqdan çıxır. Bu virusun dünyaya yayıla biləcəyini görürük”, – deyə virusoloq qeyd edib.

Onun sözlərinə görə, virusun yayılmasına potensial təhlükəli bölgələrə turizmin aktivləşməsi, o cümlədən qütblərə kruiz səfərləri və Cənubi Amerikaya səyahətlər, eləcə də insanların virusun təbii mənbələri ilə təması səbəb ola bilər.

Qeyd edək ki, 2026-cı ilin aprel-may aylarında Argentinadan Kabo-Verdeyə Atlantik okeanı üzərindən səfər edən “MV Hondius” kruiz gəmisinin üç sərnişini hantavirus infeksiyası səbəbindən həyatını itirib. Səyahət zamanı onlarda ağır tənəffüs xəstəliyinin əlamətləri yaranıb.

Daha sonra İsveçrə, İsrail, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Hantavirusun törətdiyi təhlükəli infeksiya haqqında isə hələlik çox az məlumat var.