Havada qorxulu anlar: Pilotun halı pisləşdi, sərnişinlər oturacağa bağladı

Havada qorxulu anlar: Pilotun halı pisləşdi, sərnişinlər oturacağa bağladı Dünya

Nyuarkdan Halifaks şəhərinə uçan təyyarədə gözlənilməz hal yaşanıb.

News24.az xəbər verir ki, uşuş zamanı qəfildən pilotun halı pisləşib. Nəticədə o, idarəetməni tənzimləyə bilməyib və təyyarə bir neçə dəfə istiqamətini dəyişib. Bu da sərnişinlərin təşvişinə səbəb olub. Onlardan bir neçəsi özünü itirmədən isə təyyarədəki tibb bacısının göstərişi ilə pilota yardım edib.

İlkin məlumata görə, kapitan epileptik tutma keçirib. Sərnişinlər pilota ilkin yardımdan sonra onu təhlükəsizlik kəmərləri ilə oturacağına bağlayaraq təxminən 40 dəqiqə nəzarətdə saxlayıblar.

Təyyarə ikinci pilotun idarəetməsi ilə təhlükəsiz şəkildə eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.