Havaya qalxdı, bir neçə dəqiqə sonra qəzaya uğradı
Dünya
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.
Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.
Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir. (APA)