Həbs edilən məşhur aktyorun narkotik testi müsbət çıxdı
Dünya
Ankara Baş Prokurorluğunun Etimesgut Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində həbs edilən bələdiyyə sədri və məşhur aktyor Erdal Beşikçioğlunun narkotik testlərinin nəticəsi açıqlanıb.
News24.az xəbər verir ki, daxil olan məlumatlar əsasında onun narkotik maddə istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün qan, sidik və saç nümunələri götürülüb.
Aparılan ekspertiza nəticəsində Beşikçioğlunun marixuana (kannabis) testinin müsbət çıxdığı bildirilib.
Bununla yanaşı, məlum olub ki, Beşikçioğlu 2014-cü ildə Ankara Respublika Baş Prokurorluğunda verdiyi ifadəsində marixuana istifadə etdiyini etiraf edib və "Marixuana istifadə etdiyim üçün peşmanam, bir daha istifadə etməyəcəyəm" deyə ifadə verib.