Saakaşvili yeni imici ilə hamını təəccübləndirdi - Foto

Saakaşvili yeni imici ilə hamını təəccübləndirdi  - Foto Dünya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada imicini dəyişib.

News24.az xəbər verir ki, bu barədə “Abzas” nəşri “Telegram” kanalında məlumat yayıb.

Paylaşılan fotoda sabiq dövlət başçısı naxışlı qırmızı ornamentli ağ köynəkdə təsvir olunub.

Bundan əlavə, Saakaşvili saçının ön hissəsini uzadıb.

O, bu görünüşdə növbəti məhkəmə iclasına çıxıb.

Qeyd edək ki, siyasətçi 2015-ci ildə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunub.

O, həmçinin 2004–2013-cü illərdə iki müddət Gürcüstan prezidenti vəzifəsini icra edib.

Saakaşvili yeni imici ilə hamını təəccübləndirdi  - Foto