Həcc ziyarətində xəstələnən zəvvar vəfat etdi
Dünya
Həcc ziyarəti zamanı Məkkədə xəstələnən Türkiyə vətəndaşı, 70 yaşlı Adem Sayın müalicə aldığı xəstəxanada vəfat edib.
News24.az-ın məlumatına görə, Afyonkarahisarın Bolvadin rayonundan olan zəvvar ziyarətdən sonra səhhətində yaranan ağırlaşma səbəbindən Türkiyəyə təxliyə olunub. O, İstanbulda xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilməsinə və həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.
Mərhumun cənazəsinin doğulduğu Bolvadində dəfn olunacağı bildirilib.