Həkimlər 18 aylıq uşağa öldü dedilər, morqda ayıldı
Dünya
ABŞ-nin Arizona ştatında 18 aylıq Vinsent Lorenzo Fiordinoya yanlışlıqla ölüm diaqnozu qoyulub.
News24.az xəbər verir ki, azyaşlı evin həyətindəki hovuza düşərək boğulub.
Uşaq xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onun öldüyünü bildiriblər, lakin polis tibbi ekspertizaya aparılarkən uşağın s aldığını görüb.
Daha sonra məhkəmə-tibbi ekspertizası da azyaşlının sağ olduğunu təsdiq edib.
O, dərhal Feniks Uşaq Xəstəxanasına köçürülüb.
Körpə süni tənəffüs aparatına qoşulub. Həkimlər ciddi beyin zədəsi aşkarlamadıqlarını, lakin uzunmüddətli müalicə və reabilitasiyaya ehtiyac olduğunu bildiriblər.
Polis hadisənin valideynlərin marixuananın təsiri altında olduğu üçün baş verdiyini ehtimal edirlər.
Məlumata görə, onlar həmin gün narkotik maddə istifadə etdiklərini etiraf ediblər.
Bu səbəbdən valideynlərə uşağa qarşı səhlənkarlıq və ya qəddarlıq maddələri ilə ittiham irəli sürülməsi ehtimalı araşdırılır.
Eyni zamanda, “Mercy Gilbert” Tibb Mərkəzin qoyduğu yalnış diqanozla da bağlı araşdırmaya başlayıb.
İstintaq hər iki fakt - uşağın nəzarətsiz qalması və hansı şəkildə hovuza düşməsi, həm də səhv ölüm diqanozunun hansı səbəbdən qeydə alınmasını müəyyən etməyə çalışır.