Həkimlər iki yaşlı qızın mədəsindən 250 maqnit çıxardılar

Həkimlər iki yaşlı qızın mədəsindən 250 maqnit çıxardılar Dünya

Rusiyanın Moskva şəhərində iki yaşlı qızın mədəsindən 250 maqnit çıxarılıb.

News24.az xəbər verir ki, həkimlər güclü öskürəklə xəstəxanaya gətirilən uşağın müayinəsi zamanı mədəsində yad cisim aşkarlayıblar.

Məlum olub ki, qız 250 ədəd maqnit topu udub. Həkimlər əvvəlcə bağırsaqları müayinə edərək onların zədələnmədiyini müəyyənləşdiriblər.

Daha sonra xüsusi endoskopik alətlər vasitəsilə 250 maqnitin hamısı mədədən çıxarılıb. Uşağın vəziyyətinin yaxşı olduğu və evə buraxılacağı bildirilib.