Helikopter qəzaya uğradı - Bu ölkədə
Dünya
ABŞ-nin Alaska ştatının Sitka şəhərində “MH-60 Jayhawk” helikopteri Sahil Mühafizəsi Hava Bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.
News24.az xəbər verir ki, helikopterdə olan 4 nəfərlik ekipaj xilas edilib və yaxınlıqdakı xəstəxanaya aparılıb.
Qəza nəticəsində hər hansı insan tələfatının olmadığı qeyd edilib.
Həmçinin hadisə ilə bağlı rəsmi araşdırmanın aparılacağı bildirilib. /Haber Global/