Helikopter qəzaya uğradı: Çox sayda ölən var - Bu ölkədə

Helikopter qəzaya uğradı: Çox sayda ölən var - Bu ölkədə Dünya

Pakistanın Kəşmir bölgəsində Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Reuters” Agentliyi ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə çərşənbə günü baş verib.

Qəza Pakistanın Kəşmir bölgəsində Muzaffarabad şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, helikopter havaya qalxdıqda yanmağa başlayıb.

Şahidlərin sözlərinə əsasən, qəza yerinə yanğınsöndürənlər cəlb olunub. Bildirilib ki, helikopterin bütün heyəti həlak olub.