Helikopter qəzaya uğradı - ABŞ-də

Helikopter qəzaya uğradı - ABŞ-də Dünya

ABŞ-nin Kaliforniya ştatının Temekula şəhərində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

News24.az "Robinson R22" helikopteri dağın yamacında qəzaya uğrayıb.

Riversayd Dairəsi Şerif İdarəsinin məlumatına görə, göyərtədəki hər iki şəxs hadisə yerindəcə həlak olub, onların şəxsiyyəti hələlik müəyyən edilməyib.

Dairə Hava Limanları Administrasiyasının nümayəndəsi Ancela Ceymison təsdiqləyib ki, helikopter Riversayd dairəsinin cənub-qərbində yerləşən Frenç-Velli hava limanından havaya qalxıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.