HƏMAS daha bir girovun cəsədini təhvil verəcək

HƏMAS daha bir girovun cəsədini təhvil verəcək Dünya

HƏMAS Qəzza zolağında saxlanılan bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verəcək. Meyitin qarşı tərəfə bu gün qaytarılacaq.

News24.az xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında dərc olunub.

“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi razılaşması çərçivəsində bu gün Əl-Şucaiyə bölgəsində tapılan bir girovun cəsədini təhvil vermək qərarına gəldik”, – məlumatda deyilir.

Qeyd edək ki, bu, son günlərdə HƏMAS tərəfindən İsrailə təhvil verilən dördüncü cəsəddir.