HƏMAS daha bir girovun meyitini təhvil verdi

HƏMAS daha bir girovun meyitini təhvil verdi Dünya

HƏMAS yaraqlıları İsrail əsirlərindən daha birinin meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil veriblər.

News24.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qaçırılan əsgərin meyitinin olduğu tabut tibb işçilərinə təhvil verilib və həkimlər onu Qəzza zolağında İsrail Ordusunun nümayəndəsinə təqdim edəcəklər.