HƏMAS daha bir israilli girovun meyitini təhvil verdi

HƏMAS daha bir israilli girovun meyitini təhvil verdi Dünya

HƏMAS daha bir israilli girovun meyitini Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.

News24.az-ın “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, tibbi heyət artıq tabutu İsrail Müdafiə Ordusunun hərbçilərinə təqdim edib.

Meyitin qalığı şəxsiyyətin müəyyənləşdirilməsi və ekspertiza üçün Təl-Əvivdəki Əbu Kabir məhkəmə-tibbi institutuna göndəriləcək. Rəsmi şəxslərin sözlərinə görə, proses iki günə qədər davam edə bilər.

İsrail tərəfinin məlumatına görə, anklavda şəxsiyyəti hələ müəyyən edilməmiş sonuncu girov istisna olmaqla, daha dörd girovun meyiti qalır.