HƏMAS-ın planı: - Xaricdəki israillilərə hücum etmək

HƏMAS-ın planı: - Xaricdəki israillilərə hücum etmək Dünya

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Fələstin təşkilatı qisas almaq üçün xaricdəki israillilərə hücum etmək barədə strateji qərar qəbul edib.

News24.az xəbər verir ki, İsrail mediası Kanal 12-yə danışan və kimliklərinin gizli saxlanılmasını tələb edən Fələstin rəsmiləri bu əməliyyatla bağlı qərarın sui-qəsddən iki gün sonra verildiyini iddia edib.

Mənbələr hesab edir ki, Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azaldığından qrup strategiyasını dəyişib.

Qeyd edək ki, HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa məmurlarını hədəf alacağı hələ ki, bəlli deyil.

HƏMAS və onun himayədarı İran, Haniyə üç həftə əvvəl Tehranda öldürüldükdən sonra İsrailə qarşı cavab tədbirləri görəcəyinə söz verib.

Günel Məlikzadə