HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgaha hücumun - VİDEOSU

HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgaha hücumun - VİDEOSU Dünya

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.

Sosial şəbəkələrdə Tehranda raket hücumuna məruz qalan və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl_Həniyənin öldürüldüyü iqamətgahın görüntüsü ilə bağlı video paylaşılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında SEPAH İsmayıl Həniyənin Tehranda #qətlə_yetirildiyini açıqlayıb. HƏMAS qruplaşması da bəyanat yayaraq hadisənin baş verdiyini təsdiqləyib.