Hər kəs dəfninə yığılmışdı, sağ tapıldı

Hər kəs dəfninə yığılmışdı, sağ tapıldı Dünya

Everestdə itkin düşmüş bələdçi şerp Hilları Dava yaxınlarının onun üçün təşkil etdiyi dəfn mərasimi başladıqdan sonra sağ tapılıb.

News24.az xəbər verir ki, dəstək qrupu şerpi itkin düşdüyü gündən təxminən bir həftə sonra xilas edilib.

Belə ki, Everest dağında öldüyü zənn edilən Nepal bələdçisi baza düşərgəsinə doğru sürünərkən tapılıb.

Məşhur alpinist Edmund Hillarinin şərəfinə Hillari Dava kimi tanınan şerpi bələdçilər sonuncu dəfə mayın 29-da görüblər. Lakin lakin o, digər alpinist komandaları ilə birlikdə baza düşərgəsinə çatmayıb.